27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

"Qəbələ"nin məşqçiləri beynəlxalq konqresdə i

 

“Qəbələ” Futbol Akademiyasının məşqçiləri – Tərlan Məmmədov, Xəqani Məmmədov, Ülfət Mədətov və Famil Xəlilov 28-29 mart tarixlərində Ukraynanın Donetsk şəhərində “Şaxtyor” klubu tərəfindən təşkil olunmuş məşqçilərin III konqrensində iştirak edib. Futbolxeber.az-ın məlumatına görə, konqresin proqramına əsasən iki gün ərzində məşqçilər seminarlarda və praktiki məşqlərdə yer alıblar. Toplantı barədə gabalafc.az-a açıqlama verən gənc məşqçi Tərlan Məmmədov səfərin mühüm məqamlarına toxunub:
 
“Artıq 3-cüsü keçirilən konfrasda hər il tanınmış klublardan mütəxəssislər iştirak edir. Bu il toplantı “Çelsi” Futbol Akademiyasının məşqçisi Eddi Nyuton, “Real” Madrid Futbol Akademiyasının məşqçisi  Cimi Torkal, Dünya Futbol Akademiyasının mütəxəssisləri Raymon Verhayen və Nils de Fris, o cümlədən “Şaxtyor” klubunun nümayəndələrinin çıxışları və praktiki məşğələləri ilə yadda qaldı. Seminarlarda və məşqlərdə müxtəlif klubların akademiya fəlsəfəsindən, onların iş prinsiplərindən, komandaların skaut sistemindən, məşq və sistem seçimlərindən, futbolçuların fiziki keyfiyyətlərinin testlər yolu ilə düzgün analizi və onların inkişafına yardım edəcək prinsiplərdən, yeni texnologiyaların futbolda istifadəsindən söhbət açıldı, məlumat verildi. Bir sözlə, məşqçi kimi yetişməyimizdə, nəzəri və praktiki bilgilərimizin artmasında konqresin böyük faydası olacağı şübhəsizdir”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31