21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Ölkə futbolu

Coşqun Diniyev 2 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Premyer Liqanın X turunun “Sabah” - “Zirə” oyununda qonaqların futbolçusu Coşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Coşqun Diniyev qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün daha 1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Digər qərara əsasən, Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin.

“Sabah” - “Zirə” oyunu bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə “Sabah” klubu 1600 manat məbləğində cərimə olunub.

Həmçinin, oyun zamanı “Zirə” klubunun azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə “Zirə” klubu 4000 manat məbləğində cərimə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31