27 Avqust 2026, Cümə axşamı
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

"İllər sonra məni xatırlamağa əsas olacaq"

 

"İlk öncə onu qeyd edim ki, oyun bizim üçün göründüyü qədər asan keçmədi. Xüsusən ilk yarıda rəqib sona qədər döyüşür, mübarizə aparırdı. Müdafiədəki boşluqlarımızdan yararlanaraq hava toplarında bizə problem yaşadırdılar". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın futbolçusu Xuan Manuel Varea deyib.

"Turan"la görüşdə het-trik edərək, futbol tariximizə düşən argentinalı forvard klubun rəsmi saytına verdiyi açıqlamda sözünə belə davam edib: "Fasilədə baş məşqçimiz bizimlə ciddi söhbət etdi. Onu hələ bu qədər əsəbi görməmişdim. Futbolçular öz arasında söz verdi ki, ikinci hissəni çıxıb fərqli oynayacağıq. Gördüyünüz kimi, fasilədən sonra çox yaxşı oynadıq. 5 qol vurduq, üstəlik, 3 yüzfaizli imkanı da qaçırdıq. Qollarımı qızıma həsr edirəm. Rekord etməyimi ilk dəfə eşidirəm. Belədisə çox xoşbəxtəm, adımı klub və Azərbaycan futbolu tarizinə yazdırdığıma görə. İllər sonra məni xatırlamağa əsas olacaq. Ancaq komandanın uğurunun daha vacib olduğunu da deməliyəm. Qolu kimin vurması elə də önəmli deyil. Əsası 3 xalı qazanmaqdır. İndi mən hücumçuyam deyə daha çox şans əldə edirəm. Belə epizodlardan effektiv yararlanmaq zəruridir. Bombardirlik? Yenə deyirəm, mənə komandamın uğuru daha vacibdir. Bombardir olsam da, lap yaxşı. Həm öz, həm də komandamın adına müsbət hal olardı”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31