Ölkə futbolu
Qurban Qurbanov: "Bizə hər mərhələdə ən yaxşı rəqib düşür"
“Yaxşı komandaya qarşı oynayacağıq. Çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində sabah Macarıstanın "Ferentsvaroş” klubu ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
Rəqibin baş məşqçisi Stanislav Çerçesovu tərifləyən Qurbanov öz komandasına inandığını bildirib: "Çerçesov Rusiyada ən öndə gedən simalardan biridir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalıyıq. Yaxşı müdafiə xətləri var. Rəqibi daha yaxından tanımağa çalışdıq. Sabah futbolçularımın üzərinə böyük yük düşəcək. Onların bunu bacaracağına inanıram".
Baş məşqçi Rusiya mətbuatının sabahkı oyunu daha çox Qurban Qurbanov - Stanislav Çerçesov dueli kimi qələmə verməsinə münasibət bildirib: "Bu günlərdə mətbuatdan uzaq olmağa çalışırdım. Çünki ilk günlərdə gördüm ki, həddən artıq çox fikir bildirilir. Amma buna normal baxıram. Hərtərəfli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təsir yoxdur. Əksinə, yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Təcrübəm, potensialımı daha da artırmaq baxımından. Gələcək işim, düşüncələrim üçün də maraqlı görüş olacaq. Fərqli düşüncələri, oyun üslubu olan məşqçiyə qarşı oynamaq maraqlıdır. Bu, gələcəkdə işimin yaxşılaşmasına səbəb olacaq".
Q.Qurbanov ÇL oyunlarına görə çempionat matçlarının təxirə salınmasının tərəfdarı olmadığını qeyd edib: "AFFA-dan maraqlandılar ki, təxirə salmaq üçün müraciət etmək fikriniz varmı? Amma biz müraciət etmədik. Digər oyunçularımız var ki, onların da oyun təcrübəsinin yaxşılaşmasını istəyirik. İtkilərimiz var, amma futbol mübarizədir, belə bir oyundur. Çempionlar Liqasının yükü böyükdür, digər turnirlərdən daha çox enerji itirirsən, emosiyalarını saxlaya bilmirsən.
Qurbanov “Qarabağ”a bu mövsüm düşən ən güclü rəqib “Ferensvaroş”durmu" sualını belə cavablandırıb: "Bizə hər mərhələdə ən yaxşı rəqib düşür. Bu mərhələyə böyük üstünlüklə gəlib çıxıbsa, hazırda “Ferentsvaroş” daha yaxşı formadadır. Ümumi çempionatları nəzərə ala bilərik. Liqaları bizimkindən üstündür. Amma bizim də təcrübəmiz var. Əlimizə düşən şansdan maksimum yararlanmaq istəyirik. Balanslı komandaya qarşı oynayacağıq. Hər mövqeyində keyfiyyətli futbolçular cəmləşib. Biz də bura kimi gəlmişiksə, deməli, hədəfimiz bir o qədər az deyil".
Təcrübəli çalışdırıcı bu mövsüm ÇL-dəki oyunlarında ilk dəfə VAR sistemindən istifadə olunacağından da danışıb: "Bizim üçün bir neçə detal varsa, ondan istifadə etməyə çalışırıq. Elə epizodlar var ki, bu sistem olmayanda o qədər də diqqət yetirilmir. Amma VAR olduqda gözdən qaçmır. Belə olan halda futbolçular da meydanda daha diqqətli olurlar. İstəməzdim ki, sabah kimsə bunun acısını çəksin. VAR sisteminin olmasına sevinirəm. İnanıram ki, sabah ədalətli qərarlar verəcəklər. Hətta bəzən VAR sisteminə əsasən verilən qərara da etiraz olur. İstəməzdim ki, hansısa epizod saxlanılsın, VAR-da müzakirə olunsun. Lakin bu da futbolda yeniliklərdən biridir" (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
02.11.2026
01.11.2026
31.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























