28 Mart 2026, Şənbə
Yığmamız 6 qolla qələbə qazandı
U-21 millimiz darmadağın oldu
Qapı bağlı qalıb... qapıçılarımıza
"Neftçi" məşqləri bərpa etdi

Ölkə futbolu

“Sabah” penaltilərdə uduzdu

"Sabah” bu gün Gürcüstan toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Ramin Quliyevin komandası yerli “Saburtalo” klubu ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bakı klubunun bərabərlik qolunu 74-cü dəqiqədə Veysəl Rzayev vurub. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada Gürcüstan klubu daha dəqiq olaraq 4:2 hesabı ilə qalib gəlib.

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. Qalib komandaya xatirə kuboku təqdim olunub. Qarşılaşma “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilib.

Qeyd edək ki, iyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan“Sabah” "Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31