14 Yanvar 2026, Çərşənbə
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu

Ölkə futbolu

Elnur Allahverdiyev "Qəbələ"yə keçidindən danışdı

"Qəbələ” sıralarını yeni futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın məlumatına görə. Azərbaycan yığma komandasının üzvü, daha əvvəl “Ədliyyə”, “Şəfa”, MOİK, “Turan”, “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”da top qovmuş Elnur Allahverdiyevlə yarımillik müqavilə imzalanıb. Müdafiəçi “Qəbələ”də 36 nömrəli forma ilə çıxış edəcək.

 Keçidin rəsmiləşməsinin ardından futbolçu ilkin təəssüratlarını gabalafc.az-la paylaşıb:

“Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim. Artıq 2 gündür ki Qəbələdəyəm. Çox gözəl atmosfer və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31