3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” daha bir legionerlə vidalaşdı

“Qəbələ” müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb.

Futbolxeber.az-ın klubun saytına istindən verdiyi məlumata görə, ötən ilin sentyabrından komandaya qoşulan xorvatiyalı müdafiəçi 2020-2021-ci illər mövsümündə 26 oyunda 1 qol vurub.

O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.

“Qəbələ” İdman Klubu Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Xatırladaq ki, "Qəbələ" yay fasiləsində Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə də yolları ayırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28