1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Ölkə futbolu

Şenol Güneş: "Azərbaycan millisinin bu qədər hücuma çıxacağını gözləmirdik"

”Yoldaşlıq görüşü idi. Yeni oyunçuları görmək istəyirdik. Hazırda toplanış dönəmindəyik”.

Futbolxeber.az saytınn məllumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra təşkil edilən mətbuat konfransında deyib.

2:1 hesablı qələbəni şərh edən 69 yaşlı mütəxəssis yoldaşlıq matçı olmasına baxmayaraq, qalib gəlməyin gözəl olduğunu bildirib: “Komandaya yeni qoşulan futbolçuları sınamaq istəyirik. Bəzilərini riskə atmaqdan qorxuruq. Futbolçular hələ istirahət ab-havasındadırlar. Amma istənilən halda qələbə qazanmaq hər zaman gözəldir. Əsas odur ki, bir çox oyunçuları bu gün sınadır. Azərbaycan son üç oyuna qədər çətinliklə məğlub olan komandadır. Gücündən yaxşı yararlanan komandadır. Bizi səhvə vadar etdilər, təhlükəli hücumlara çıxdılar. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin gücündən fərqli olaraq, bizim üçün dərs oldu. İtaliya, Uels, İsveçrə ilə görüşlər fərqli olacaq”.

Ş.Günəş oyunda zədələnən iki futbolçusunun durumunun ciddi olmadığını qeyd edib: "Rəqib bizə çətin anlar yaşatdı. Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. 224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Bu baxmdan hücumlarımızın uğurlu olduğunu deyə bilmərəm”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31