2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

150-ci oyun, 60-cı məğlubiyyət

“Sumqayıt” Premyer Liqada 150-ci ev oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisinin yubileyi XXVII turda gerçəkləşib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Neftçi”ni qəbul edib. Sumqayıtın eyniadlı təmsilçisi bu görüşdə 0:1 hesabı ilə uduzub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən komanda öz meydanında keçirdiyi 150-ci matçda 60-cı məğlubiyyətini alıb. “Sumqayıt” bu görüşlərdə 51 qələbə qazanıb və 39 dəfə heç-heçə edib. Evdə 155 qola sevinən komanda 180 top buraxıb.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada ilk ev oyununu 2011-ci il avqustun 14-də keçirib. Həmin gün “Qəbələ”ni qonaq edən komanda 1:2 hesabı ilə uduzub (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28