2 Avqust 2026, Bazar günü
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu

Ölkə futbolu

Xayme Romero: "Neftçi"yə qarşı oyun çempionluq üçün həlledici olmayacaq"

"Bu matç çox önəmlidir. Bizim üçün çətin olacaq. Rəqibin gücünə də bələdik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Xayme Romero "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı barədə danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi derbi qarşılaşmasının çempionluq yolunda həlledici olmayacağını bildirib: "Hələ qarşıda çox oyunumuz olacaq. Hər iki komanda xallar itirə bilər. Çempionatın taleyi barədə danışmaq tezdir. Bir oyuna görə kimin çempion olacağını düşünmək olmaz. Onu deyə bilərəm ki, bizi qarşıda çətin oyun gözləyir".

Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31