3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

Dario: “Qara zolaq”dan çıxmış sayılırıq”

"Neftçi"nin braziliyalı hücumçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, braziliyaı futbolçu əvvəlcə görüş haqda danışıb:

- Çox vacib qələbə qazandıq. Ardıcıl 3-cü qələbəmiz bizi turnir cədvəlində 2-ci pilləyə qaldırdı. Bununla kifayətlənməməli, öz üzərimizdə işləməliyik. Çalışmaqla daha yaxşı nəticələr gələcək.

- Demək olarmı ki, "Neftçi" "qara zolaq"dan çıxıb?

- Məncə, ardıcıl 3 matçda qalib gəlməklə "qara zolaq"dan çıxmış sayılırıq.

- Bugünkü qalibiyəti "Neftçi" üçün asan qələbə adlandırmaq olar?

- İnanmıram ki, hansısa oyun "Neftçi" üçün asanlıqla əldə olunub. Çünki hər oyunda vuruşmuşuq, mübarizə aparmışıq və əzmkarlıqla qələbə qazanmışıq. Asan oyun olduğunu deməzdim.

- Əsas rəqibiniz "Qarabağ" hesab olunur. Necə düşünürsünüz, liderə çatmaq mümkün olacaq?

- Təbii ki, sona qədər mübarizə aparacağıq. Hər görüşdə qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt daha çox qələbə üçün çalışacağıq ki, ilk pilləyə yaxınlaşaq.

- Liderin "Qarabağ"ın xal itirməsi sizi sevindirirmi?

- Təbii ki, çempionluğa oynayan komanda ondan yuxarı pillədə olan komandanın xal itirməsini görəndə sevinir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30