1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Millimiz Çexiyaya uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, çexiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, yığmamız ilk oyununda Norveçə də uduzmuşdu - 0:1.

Bu gün qrupda keçirilən digər oyunda Norveç San Marinonu darmadağın edib - 8:1.

Beləliklə, 2 turdan sonra Norveç və Çexiyanın 6 xalı var. Bununla da yığmamız son turun nəticələrindən asılı olmayaraq, qrupda ilk 2 yerdən birini tutmaq şansını itirib.

U-19 qrupun son oyununda oktyabrın 15-də San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30