Ölkə futbolu
Vaqif Sadıqov: “Klublar mükafat ödəyirlərsə, milliyə niyə verilməsin?”
“Azərbaycan millisinin Uels və Xorvatiya yığmalarına qarşı sərgilədiyi futbol, oyun nizam-intizamı bizi qane etdi. Düzdür, Kardiffdə heç-heçə hesabını sonadək qoruya bilmədik, amma bunun da obyektiv və subyektiv səbəbləri var”.
Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Uels yığmasına məğlubiyyətini və Bakıda Xorvatiya ilə heç-heçə oynamasını şərh edərkən deyib.
60 yaşlı mütəxəssisin sözlərinə görə, Kardiffdəki oyunda baş hakim Farrucia Kann Trustinin səhvləri nəticəyə təsir edib:
“İkinci qolda qapıçımız Səlahət Ağayevə qarşı aşkar qayda pozuntusu vardı. Bunu dəqiqliklə deyə bilərəm. Yan xətt hakimi həmin epizodda bayrağını qaldırsa da, referi ona məhəl qoymadı. Heyətdə bəzi itkilər olsa da, gənclər özlərini yaxşı tərəfdən göstərdilər. Bu, sevindirici haldır. Həm Uelslə, həm də onun davamı kimi Xorvatiya ilə qarşılaşmada millimiz tamamilə fərqli oyun sərgilədi. Kardiff şəhərindən Vətənə xalla olmasa da, ümidverici oyunla döndük. Bakıda isə güclü Xorvatiya komandasına qarşı xüsusən də 2-ci hissədə çox gözəl futbol nümayiş etdirməklə ilk xalımızı qazandıq. Ancaq mənim üçün xaldan önəmlisi gənc futbolçularımızın performanı və ortaya qoyduğumuz oyun oldu.
Azarkeşlərimizi də qeyd etmək istərdim. İlk dəqiqələrdən sonadək komanda ilə birgə nəfəs aldılar. Xorvatiya ilə matçda baş məşqçimiz Nikola Yurçeviçin əvəzetmələri də böyük rol oynadı. İlk yarı ilə müqayisədə, fasilədən sonra tam fərqli oyun modelinə keçməklə üstünlüyü ələ aldılar. Biz sona qədər hücumda olan bir Azərbaycan millisi gördük. Həmçinin müdafiədə də çox etibarlı çıxış etdilər. Komandanın əhval-ruhiyyəsi çox yaxşıdır. Bu çıxışın davamını gözləyirik”.
Sadıqov heyətdə yer alan gənclərin gələcəyə nikbin baxmağa əsas verdiyini vurğulayıb: “Əvvələr deyirdik ki, hansısa səbəblərdən heyətdə itkilər var. Ancaq son 2 matçda itkiləri əvəz edənlər işlərinin öhdəsindən çox yaxşı gəldilər. Qapıçı Emil Balayevdən tutmuş, Bəhlul Mustafazadə, Ramil Şeydayev, Mahir Emreli və digərləri çox inamlı oynadılar. Bu gənclər gələcəyə nikbin baxmağımıza əsas verir”.
Azərbaycan millisinin sabiq baş məşqçisi olan Sadıqov Xorvatiya yığması ilə heç-heçəyə görə heyət üzvlərinə mükafat verilməsinə də toxunub: “Heç bir futbolçu millinin forması ilə oyunlara mükafat üçün çıxmır. Bunu həm şəxsi təcrübəmə, həm də hazırkı müşahidələrimə əsasən deyirəm. Heç bir oyunçu ölkəsinin əsas komandasında mükafat iddiası da qaldırmır. Ardıcıl 5 oyunda uduzub, 6-cı matçda xal qazanırıqsa, həvəsləndirici mükafat ola bilər. Bu, bütün dünyada normal qəbul olunmuş haldır və təbii qarşılanmalıdır. İstər milli komandalarda, istərsə də klublarda mükafat verirlər. Xorvatiya ilə bərabərliyə görə mükafatın verilib-verilməməsindən xəbərsizəm. Verilbsə, bu, normal haldır. Bizim də vaxtımızda həvəsləndirici mükafatlar vardı. Bunu da seçmə mərhələnin əvvəlində təyin edirdilər. Ancaq yenə deyirəm, bizim dönəmimizdə milliyə dəvət alanlar mükafat məsələsinə önəm vermirdilər. İndi də elədir. Milli komandanın formasını geyinən şəxs vətəni, xalqı, öz ailəsi üçün meydana çıxır. Belə məqamlarda mükafat fikirləşmirlər. Bu gün 8 komandanın iştirak etdiyi Azərbaycan Premyer Liqasında klublar nəticələrə görə mükafat verirlərsə, beynəlxalq miqyasda uğur əldə edən milli üzvlərinə niyə verilməsin? Bir daha təkrar edirəm, millidə oynayanlar mükafat fikirləşmirlər. Digər tərəfdən, bir futbolçunun milliyə düşməsi onun inkişafı üçün geniş imkanlar açır. İnkişaf olandan sonra pul onsuz da özü gəlir”.
Qeyd edək ki, Uelsə səfərdə 1:2 hesabı ilə uduzan Azərbaycan millisi Xorvatiya ilə ev oyununda heç-heçəyə nail olub - 1:1 (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- "Sumqayıt"dan növbəti transfer
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:17
Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
09:20
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununa çıxır
-
09:15
“Qarabağ” “Dinamo” ilə üz-üzə
-
09:10
DÇ: U-15 millimiz Çiliyə qarşı
-
09:00
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar müəyyənləşir
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
-
19:52
Bakıda cüdo üzrə şəhər birinciliyi keçirilib
-
19:25
Azərbaycan Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
-
18:16
"Araz-Naxçıvan"dan uğurlu start
-
17:43
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
-
17:07
Bakıda Braziliya ciu-citsusu üzrə açıq turnir keçirilib
-
16:39
“Sumqayıt” “Mehdi Hüseynzadə”yə nə vaxt qayıdır?
-
16:18
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
-
16:00
"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina millisinə çağırıldı
-
15:51
Azərbaycan ilin ən yaxşı minifutbolçusu müəyyənləşdi
-
15:44
Azərbaycan çempionatının püşkü atıldı
-
15:32
Minifutbol üzrə ölkə çempionatın 12 komanda yarışacaq
-
15:25
Orxan Məmmədov: "Çempionat güclü olmasa, milli stabil çıxış edə bilməz"
-
14:56
Azərbaycan Super Liqası: II turun oyunlarının vaxtı açıqlanıb
-
14:13
Sabiq “Qarabağ”lı: “Sevilya” ilə hər şey razılaşdırılmışdı”
-
13:39
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
-
13:01
DÇ: İki qadın güləşçimiz məğlub olub, İslam Abbasov medal şansını itirib
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:27
Millimiz son oyununda qalib gəldi
-
11:58
"Gəncə"nin yeni baş məşqçisi açıqlandı
-
11:32
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışda
-
11:15
DÇ: U-15 millimizin növbəti rəqibi dəqiqləşib
-
10:46
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:23
Beş cüdoçumuz Asiya Kubokunda iştirak edəcək
-
10:09
"Trabzonspor"dan əzmkar qələbə VİDEO
-
09:51
Anje Mutsinzi: “Sumqayıt”ı məğlub etmək heç də asan deyil”
-
09:34
Murad oynadı, komandası xal itirdi
-
09:17
Derbini "Qalatasaray" qazandı VİDEO
-
09:00
"Qızıl top"un sahibi açıqlanıb
-
20:32
Fərid Ələkbərov: "ÇL-də oynamaq hər idmançıya qismət olmur"
-
19:18
Millimiz qrupda üçüncü oldu
-
18:23
Bakıda ne-vaza üzrə ACF Kubokuna yekun vurulub
-
18:04
Samuel Eto`O Azərbaycana gəlib
-
17:56
“Kayrat”ın baş məşqçisi istefa verdi
28.10.2026
27.10.2026
26.10.2026
























