19 Sentyabr 2026, Şənbə
“Neftçi" və "Qarabağ" qalib gəldi
Azərbaycan Kubokunun püşkü atıldı
Millimizin heyəti açıqlandı
VI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Asim Xudiyev: "Rəşadın epizodunu görməmişəm, şəhərdə deyildim"

"Sumqayıt" klubunun "Qarabağ"la oyunda Rəşad Sadıqovun cərimə meydançası daxilində əlla oynadığını iddia etdiyi epizodu görməmişəm. Oyun günü şəhərdə olmadığımdan, görüşü izləyə bilmədim". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev Premyer Liqanın IV turunun açılış və son oyunundakı mübahisəli epizodlar barədə danışarkən deyib. Xudiyev turun son matçında "Neftçi"nin "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdiyi oyunda flaqmanın vurduğu ikinci qol haqda da fikirlərini bölüşüb: "Turun son matçını izləmişəm. Kənardan müşahidə etdiyim odur ki, “Neftçi”nin ikinci qolu oyundan kənar vəziyyətdən vuruldu". 
 
FİFA hakim-inspektoru sözügedən qarşılaşmada yan xətt hakimi Elman Kərimovun ofsayd qeydə almalı olduğunu deyib. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30