12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Böyükağa Hacıyevin oğlu: “Qəfildən ürək ağrısı tutdu və...”

Bu gün infarkt keçirən, ürəyindən əməliyyat olunan “Bakı”nın və “Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin hazırda durumu ağırdır.

Bu haqda Futbolxeber.az saytına təcrübəli mütəxəssisin böyük oğlu Yusif Hacıyev məlumat verib:

“Böyükağa müəllim beynindəki problemlə əlaqədar Moskvaya əməliyyata getməliydi. 1 həftə idi ki, “Modern Hospital”da palata vəziyyətində müalicə alırdı. Tezliklə Moskvaya yollanmalıydıq. Amma bu gün qəfildən ürək ağrısı tutdu və ardınca infarkt keçirdi. Dərhal əməliyyat olundu, ürəyinə stent qoyublar. İndi gözləyirik ki, ürəyi normal vəziyyətinə gəlsin. Ola bilər ki, ikinci əməliyyata da ehtiyac duyulsun. Hazırda əlimizdən gözləməkdən başqa heç nə gəlmir”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31