4 Oktyabr 2026, Bazar günü
Milli komandamız Litvaya qarşı
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Rəşad Sadıqov "Qarabağ"da Qurban Qurbanovu əvəzləyəcək

Milli komandamız Antalyada təlim-məşq toplanışı keçəcək. Bu müddətdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun əsas köməkçisi Elçin Rəhmanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarov da yığmanın düşərgəsində olacaq. Belə olan halda hazırda Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"a kim rəhbərlik edəcək?

Futbolxeber.az-ın Fanat.az-a istinadən verdiyi məlumata görə, Ağdam klubuna kimin başçılıq edəcəyi müəyyənləşib. "Qarabağ"ı Qurban Qurbanovun olmadığı müddətdə məşqlərə Rəşad Sadıqov çıxaracaq.

Qeyd edək ki, "Qarabağ"ın və millinin kapitanı olan Rəşad Sadıqov son mövsümdə Ağdam klubunun U-19 komandasına başçılıq edib. Hazırda isə o, Azərbaycanın U-20 və U-21 yığmalarına başçılıq edir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31