20 Iyun 2026, Şənbə
“Zirə”dən yeni qapıçı transferi
“Neftçi”dən yarımmüdafiəçi transferi
"Zirə"də gözlənilməz ayrılıq
DÇ-2026: Türkiyədən erkən vida

Ölkə futbolu

I Divizion klubları da medallarına qovuşdu (FOTO)

Bu gün futbol üzrə Azərbaycan I Divizionunun medalçıları mükafatlandırılıb. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar verilib. 
 
Eyni zamanda əvəzedici heyətlər arasında keçirilən yarışın bombardiri Şahin Əliyev (“Qarabağ”), eləcə də I Divizionda eyni uğura imza atmış Oruc Balaşlı (“Zaqatala”) mükafatlarına qovuşdular. Xüsusi mükafatları və medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim etdi.
 
Qeyd edək ki, I Divizionda mövsümü çempion başa vuran “Turan Tovuz”un kubok və medallarını son tur çərçivəsində keçirilən “Qaradağ Lökbatan” oyunundan sonra alıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30