3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt”ın 100-ü

Topaz Premyer Liqasının XXVIII turunun “Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov “Sumqayıt”in tarixinə düşüb. Futbolxeber.az-ın məlumatına görə, o, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub. 
 
Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. “Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.
 
“Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan “Sumqayıt” evdə 114 top buraxıb.
 
Qeyd edək ki, “Sumqayıt” 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28