6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

AFFA-nın təxirə saldığı turnirin başlama vaxtı bəlli oldu

AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, sözügedən turnir fevralın 22-də, saat 14:00-da Bayıl Arenada keçiriləcək.
 
İlk oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşacaq.
 
Yarışda 29 komanda mübarizə aparacaq. Qərb regionunun oyunları Gəncədə, Cənub zonasının oyunları isə Şirvan şəhərində təşkil olunacaq. Regionlarda qalib olan komandalar Bakıda təşkil olunacaq yarışa vəsiqə qazanacaqlar. Hər birində 5 komandanın mübarizə aparacağı qrupda ilk 3 yeri tutan kollektivlər yarışın “pley-of” mərhələsinə vəsiqə əldə edəcəklər. Turnirin oyunları Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının, Milli Aviasiya Akademiyasının, Olimpiya İdman Növləri üzrə Milli Yığma Komandaların Təlim-Məşq Mərkəzinin meydançasında və Binə stadionunda keçiriləcək.
 
Qeyd edək ki, bu yarışın açılış mərasimi fevralın 17-də, saat 15:00-da “Bayıl Arena”da baş tutmalı idi. Lakin yarışın startı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31