21 Yanvar 2026, Çərşənbə
"Qarabağ" "Ayntraxt"a qəbul edir
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Ölkə futbolu

Ayxan Abbasov: “Bu matçdakı 1 xal bizə çox vacib idi”

Bu gün Topaz Premyer Liqasında XIX tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “İnter” doğma meydanda “Zirə” ilə 1:1 bərabərə qalıb. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Ayxan Abbasov heç-heçəni belə şərhə edib:
 
- Gərgin oyun oldu. “İnter”lə matçlarımız həmişə belə keçir. Oyun baxımından hər iki komanda istədiyini göstərməsə də, meydanda mübarizə var idi. Bəzi futbolçularmızın təlim-məşq toplanışında bizimlə iştirak etməməsi çətinlik yaradır. Bu matçdakı 1 xal bizə çox vacib idi. 
 
- Qırmızı vərəqə nə dərəcədə haqlı idi?
- Məncə, var idi. 
 
- Oyundan sonra dəhlizdə yaşanan qalmaqalla bağlı nə deyə bilərsiz?
- “İnter”in mühafiəçiləri ilə problem yaşandı. Belə şeylər olur. Aramızda problemlər yaşanır. Böyüdüləsi problem yoxdu.
 
- Yeni futbolçu Georgi Qoroziyanın vəziyyəti nə yerdədi?
- Yeni futbolçularla bağlı tələsməməyə çalışırıq. Georgi məşqsiz deyil, bir az oyun praktikası azdı. (Futbolinfo.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31