28 Iyul 2026, Çərşənbə axşamı
"Qarabağ" azarkeşlərinə şad xəbər
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Urfan Abbasov "Kəpəz"ə keçdi

Ölkə futbolu

“Kəpəz” tam heyətlə…

Topaz Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” bu gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər”in oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub. Belə ki, ölkənin hər yerinə yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən gəncəlilər “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.
 
Qeyd edək ki, “Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31