15 Oktyabr 2025, Çərşənbə
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu

Ölkə futbolu

Pesalli “Neftçi”dən ayrıldı

"Neftçi" braziliyalı legioneri Jonas Pesalli ilə yolarını ayırıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə “sportnet”ə paytaxt təmsilçisinin baş məşqçisi Elxan Abdullayev məlumat verib. 
 
Mütəxəssis ötən həftə ilyarım anlaşdıqları 26 yaşlı hücumçu ilə yollarını ayırdıqlarını deyib: "Bildiyiniz kimi, Pesallinin müqaviləsi bitmişdi və onunla anlaşmanı 1 ilik uzatmaqla bağlı razılıq əldə etdik. Ancaq Pesalli sonradan karyerasını vətənində davam etdirmək istədiyini bildirdi. Çünki Braziliyanın yüksək liqasından təklif alıb. Hər bir futbolçunu bunu arzulayar. Bizə getmək istədiyi dedi və ona əngəl olmadıq. Anlaşmanı qarşılıqla razılıqla pozduq".
 
Qeyd edək ki, "Neftçi"yə cari mövsümün gedişində gələn Pesalli 4 qol vurub. Bunun 1-i Premyer Liqada, 3-ü kubokda olub. O, cari mövsümdə 3 het-trikdən birinin müəllifidir.  
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31