5 Iyun 2026, Cümə
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Ölkə futbolu

Maşallah Əhmədov xəstəxanaya yerləşdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
 
Futbolxeber.az-ın APA-ya istinadən məlumatına görə, Əhmədovun səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirildiyi bildirilib. Bu barədə məhkəməyə Bakıdakı klinikalardan birindən müraciət daxil olub. Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
Qeyd edək ki, M. Əhmədova bu gün hökm oxunmalı idi. Prokuror ona 9 il həbs cəzası istəmişdi.
 
Xatırladaq ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb.
 
M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30