5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

"Neftçi"nin hücumçusu: "İstirahət haqda heç düşünmədim"

“Neftçi”nin futbolçusu Bahodir Nasimov klubun rəsmi saytna açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, Özbəkistan milli komandasının heyətindəkı çıxışı haqda fikirlərini bölüşən hücumçu hazırda Avstriyada təlim-məşq toplanışında olan “Neftçi”nin əsas heyətindəki yerini qaytarmaq üçün çalışdığını deyib: “Azərbaycan Premyer Liqası başa çatandan sonra Özbəkistan milli komandasının düşərgəsinə yollandım. Yığmanın heyətində dünya çempionatının seçmə mərhələsinin Qətərlə oyununda iştirak etdim və 2 qol vurdum. “Neftçi”nin məşqçilər korpusu bu oyundan sonrakı yorğunluğumu nəzərə alıb, istirahət etmək üçün mənə icazə verərdilər. Lakin mən istirahət haqda düşünmədim. Buna görə də millidən ayrılan kimi, dərhal “Neftçi”nin Avstriyadakı düşərgəsinə gəldim. Məqsədim əvvəlki formamı tam bərpa edərək, “Neftçi”nin əsas heyətindəki yerimi geri qaytarmaqdır”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31