Ölkə futbolu
“Markarovları yada salmaqdansa, hal-hazırki "Neftçi"ni düşünmək lazımdır”
"Neftçi"nin bu mövsüm uğursuz çıxışı, azarkeşin həbs olunması və klubda baş verən istefalar azarkeşlər tərəfindən xoş qarşılanmır. Futbolxeber.az-ın məlumatına görə, məhz Müşahidə Şurasının sədri Çingiz Abdullayev müsahibələrində "Neftçi"nin hazırkı durumunun yaxşı olduğunu bildirməs"Neftçi" camiəsini özündən çıxarıb.
Klubun sabiq vitse-prezidenti Tahir Süleymanov bu məsələ haqqında Sportal.az-a açıqlamasında danışıb: "Fəaliyyətimin son 5 ilini "Neftçi"də keçirdim, nəticə də göz qabağındadır. Bu gün təəssüflər olsun ki, "Neftçi" haqda fikir bildirəndə, bunu qısqanclıq kimi qəbul edirlər. Lakin bügünkü "Neftçi" rəhbərliyi ortalığa mənasız bir iddia qoyur, biz də məcburuq ,bunlara cavab verək. Biz hər zaman azarkeşlərin arxasında olmuşuq və bizim zamanımızda "Neftçi"nin qazandığı uğurlar da göz qabağındadır. Səmimiyyətimlə deyirəm, komandanın ən azı yaxın keçmişini qaytarması üçün öz köməkliyimi göstərməyə tam hazıram.
Yeni rəhbərliyə məsləhət görürəm ki, mətbuatda belə fikirləri səsləndirməkdənsə, Markarovları yada salmaqdansa, hal-hazırki "Neftçi"ni düşünmək lazımdır. "Qarabağ" və "Qəbələ"nin fonunda "Neftçi" hansı durumdadır?. Rəhbərlik bu haqda düşünməlidi. Onların açıqlamalarında pərakəndəlik var. Çünki komandada gəncləşdirmə siyasəti aparırıq deyilir, lakin komandaya yaşı 30-dan çox olan legioner transfer edilir. Bütün bu uğursuzluqlara dolayısı ilə, mətbuatda ifadələr səsləndirməklə, bizim uğurlara kimlərsə kölgə salmaq istəyirsə, yanılır.
Çingiz Abdullayev Azərbaycanın məşhur yazıçılarından biridir, ziyalı kimi ona hörmətim var. Arzu edərdim ki, o, Markarovlardan yox, Kiprdə APOEL ilə matçda erməni bayraqları dalğalanan stadionda"Neftçi"nin tarixi qələbəsindən, "Skenderbeu" ilə oyunda Ağdam işğalına görə 1 dəqiqəlik sükut, istərsə də "Çixura" oyunundakı milli məsələlərlə bağlı bizim ölkəyə qarşı təxribatçı pankart açılması ilə və bizim onun qarşısını necə almağımızdan danışsın. Bu fikiri sıradan "Neftçi" rəsmisi açıqlasaydı, bu cür yanaşmazdım. Çingiz Abdullayev özününün də bildirdiyi kimi ölkənin 1 nömrəli yazıçısıdır. Onun bir fikri nəinki futbolda, ölkədə hətta dünyada əks-səda doğura bilər.
Hiss olunur ki, Markarov sevgisi hələ ürəkdən çıxmayıb. Allah Banişevskiyə rəhmət eləsin, Kazbek Tuayevə də uzun ömür arzulayıram. Xatırlatmaq istəyirəm ki, həmin dövr heyətdə Yaşar Babayev kimi də futbolçumuz olub, amma yada salan yoxdur. SSRİ dönəmində "Qarabağ Xankəndi" komandasında yeganə azərbaycanlı Samir Ələkbərov çıxış edirdi. İnanmıram ki, Qarabağ haqda gecə-gündüz cəfəngiyatlar, kitablar yazan Z.Balayan nə vaxtsa Samir Ələkbərovun adını xatırladıb.Əgər bu Markarovlara olan sevgi bitməyibsə, Elnur Məmmədovu Braziliya və Paraqvaya göndərib yarım aydan sonra əliboş qaytarmaqdansa, qədim torpaqlarımız olan İrəvana ezam edib Markarovu götürüb "Neftçi"yə gətirərdilər. 70-ci illərin əvvəllərinə "Ararat"ın SSRİ çempion olduğu və kuboku qazandığı dönəmdə heyətin yarısından çoxu çörək qədri bilməyən, Azərbaycan futbol məktəbinin yetirmələri olan ermənilər idi, heç olmasa Çingiz Abdullayev bu cür fikirlər səsləndirsəydi, Azərbaycan futbol məktəbinin necə güclü olduğuna işarə olardı.
Hörmətli Çingiz müəllim bildirir ki, mətbuatda gedən yazılar sifarişdir və onlara da təsir edir. Məgər Abullayev kimi dünya çapında yazıçımızın , ziyalımızın Markarov sevgisi nəinki 9 milyon, 50 milyon azərbaycanlıya təsir etmirmi? Məncə, Çingiz Abdullayev bugünkü "Neftçi"nin kimlər tərəfindən sifarişlə dağıdılması haqda fikir bildirsəydi, daha yaxşı olardı. Sonda bu zərbə "Neftçi" ilə yanaşı, Abdullayevin öz nüfuzuna da təsir edəcək.
Çingiz Abdullayevə də özünün də bildirdiyi kimi, klubun 100 illiyinə qədər "Neftçi"nin rəhbəri olmasını arzu edirəm və bu illər ərzində inanmaq istərdim ki, hətta Çempionlar Liqasının qalibi olarlar".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























