25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Marius Pena: "Maddi baxımdan "Bakı" əla seçimdi"

 

"Bakı"nın rumıniyalı hücumçusu Marius Pena Prosport saytına müsahibə verib. Futbolxeber.az xəbər verir ki, təcrübəli futbolçu yeni kluna tez uyğunlaşdığını söyləyib: "Çox şadam ki, tez bir zamanda komandaya uyğunlaşa bildim. Bu işdə məşqçilər korpusu və komanda yoldaşlarım mənə yardımçı oldular. Halbuki mən komandaya qoşularkən hazırlıq prosesi artıq yekunlaşmaq üzrə idi. Burda komanda yoldaşlarım əsasən rus, ispan və ingilis dilində danışırlar. Mən özüm də bir qədər rus dilini bilirəm. Əgər, serb və ispan dillərini də öyrənsəm, əla olar. Amma yerli dili öyrənmək çox çətindi".

Pena Rumıniya və Azərbaycan futbolları arasındakı fərqlərdən də söz açıb: "Fərq çoxdu. Hazırda Rumıniya liqası daha güclüdür. Amma Azərbaycanda futbol daha sürətlə inkişaf edir. Burada futbola böyük pullar yatırılır və əminəm ki, gələcəkdə burada futbol daha da inkişaf edəcək".

"Styaua"ya mümkün transferi haqda isə Pena belə deyib: "Styaua"dan heç kim mənə təklif göndərmədi. Bildiyim qədəri ilə klub prezidenti məni heyətdə görmək istəsə də, baş məşqçi buna qarşı idi. "Bakı" ilə "Styaua" arasında seçim etməli olsam? Oyun baxımından "Styaua", maddi baxımdan "Bakı" əla seçimdi". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31