Ölkə futbolu
Əfqan Talıbov: "Oturduğumuz yerdə bizi şimşək vurdu"
"Turan" klubunun baş məşqçisi Əfqan Talıbov Futbolxeber.az saytına müsahibə verib.
- Mətbuatda komandanızda maliyyə problemləri yaşandığı haqda məlumat yayılıb. Bu xəbərlər nə dərəcədə doğrudu?
- Əslində ciddi problem yoxdu. Düzdür, gecikmələr var, bunu inkar etmirəm. Sadəcə olaraq bu gecikmələr köçürmələrlə bağlıdı. Komandaya ayrılan pullar bank vasitəsilə bizim hesabımıza köçürülür. Daha sonra isə həmin pul bankdan çıxarılaraq, komandaya təqdim olunur. Bura futbolçuların maaşları, komandanın aylıq xərcləri daxildir. Dediyim kimi, bankda yaranan problemə görə gecikmələr oldu. Rəhbərlik söz vermişdi ki, fevralın 25-dək maaşlar ödəniləcək. Daha sonra isə dedilər ki, bayrama qədər bu pullar veriləcək. Lakin yenə də ödənilmədi. Problem sırf köçürməyə görə yaranıb. Bayram günlərindən sonra maaşlar futbolçulara paylanacaq.
- Futbolçuların "Qarabağ"la yoxlama oyununu boykot edəcəkləri deyilir...
- Hazırda komanda istirahətdədi. Dünən sonuncu məşqimizi keçdik. Bundan sonra futbolçulara 3 günlük istirahət verildi. Komanda martın 22-də yenidən bir araya yığışacaq və məşqləri bərpa edəcək. Dünənki məşqdən sonra yerli futbolçular Tovuza yollandılar. Legionerlərin əksəri də Bakıdadır. Yalnız Stukalov Moskvaya uçdu, bir də İrakli və David Gürcüstana yollandılar. Futbolçularla ayrılmamışdan öncə ciddi söhbətimiz oldu. Onları inandıra bildik ki, boykot etməyə ehtiyac yoxdu. Çünki biz onsuz da çətin günlər yaşayırıq. Əgər, daha ciddi porblemlər olsa, o zaman mövsüm boyu çəkdiyimiz əziyyət hədər gedəcək. Başa saldım ki, məsələni bu dərəcədə şişirtməyə ehtiyac yoxdu. Onlar da sağ olsunlar ki, oyuna çıxacaqlarını bildirdilər.
- Bu məsələyə rəhbərlik nə deyir? Maaşları nə vaxt verəcəklər?
- Bayramdan sonra, yəni iş günləri başladıqda problem yoluna qoyulacaq və hər kəs pulunu alacaq. Ən pis halda, ayın 30-dək maaşlar verilməlidi. Çünki həmin gün çempionatda "Rəva"la oyunumuz var və rəhbərlik də bildirib ki, həmin görüşədək problem həll olunacaq.
- Əfqan müəllim, birdən "Rəvan"la oyuna kimi də maaşlar verilməsə, onda necə olacaq?
- Onda çox ciddi problemlər ola bilər. İndidən konkret bu haqda bir söz deyə bilmərəm. Ümid edirəm ki, belə bir problem olmayacaq. Amma həmin vaxtadək də bankdakı problemi yoluna qoya bilməsələr, o zaman rəhbərlik artıq başqa yol tapmalıdır. Onsuz da komandanın vəziyyəti ürəkaçan deyil. Başqa problemlərlə isə biz işimizi daha da çətinə salarıq.
- Bir neçə gün əvvəl ölkə çempionatının formatı dəyişdi. Düşünmürsünüz ki, bu qərar "Turan"ın işini daha da çətinləşdirdi?
- Çətinləşdirdi də sözdü. Oturduğumuz yerdə bizi şimşək vurdu. Biz düşünürdük ki, bəlkə komandaların sayı 12-dən 14-ə yüksəldi. Amma əslində bunun böyük önəmi də yoxdu. Çünki biz ilk növbədə öz işimizi görüb, Premyer Liqadakı yerimizi qorumalı, mümkün qədər daha yaxşı çıxış etməliyik. Hətta indidən gələn mövsümün planlarını da cızırdıq. Artıq 10-a yaxən gənc futbolçu müəyyənləşdirmişdik ki, növbəti mövsümə kimi onların üzərlərində işləyək və gələn mövsüm onlar komandamızda çıxış etsinlər. Amma indi bu qərar heç yerinə düşmədi. Mən qərarı qəbul edənləri də başa düşürəm. Bu qərara hörmətlə yanaşıram. Hər halda, düşünüblər ki, bu yolla çempionatımızın səviyyəsi daha da artacaq, rəqabət güclənəcək. Lakin burda zaman amili var. Yəni ki, bu qərarı mövsümün əvvəlində qəbul etməliydilər, indi yox.
- Bundan sonrakı planlarınız nədir?
- Artıq 9 oyunumuz qalıb. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqadakı yerimizi qoruyaq. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurla çıxış edərək, daha yüksək yerlərə qalxaq.
- Sizcə, "Turan" çempionatdakı yerini qoruya biləcək?
- Mən buna inanıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II turun hakim təyinatları açıqlandı
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
-
23:12
"Qarabağ" "Tvente" ilə oyuna hazırlaşır FOTOLENT
-
21:58
Şeydayev oynadı, komandası qalib gəldi
-
21:25
“Şahdağ-Qusar” rəqibini darmadağın etdi
-
20:00
Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
-
19:41
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
-
18:17
Maradonanın DÇ-1986-da əllə qol vurduğu top 3,35 milyon dollara satıldı
-
17:56
Embolo ABŞ klubunda
-
17:33
Sıqankov "Ayaks"a keçir
-
17:04
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb
-
16:49
“Neftçi”nin bombardiri: “Hazırda rəqəmlərə o qədər də önəm vermirəm”
-
16:22
“Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
-
16:00
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
15:17
Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
-
15:05
"Sumqayıt"dan ayrılan futbolçu Sloveniya klubunda
-
14:38
Fabinyo “Trabzonspor”da
-
14:21
"Gəncə" 3 basketbolçusu ilə müqavilə müddətini yeniləməyib
-
13:56
Seçim turnirində "Neftçi" qalib olub
-
13:43
Azərbaycan paraüzgüçüləri Avropa çempionatına Gəncədə hazırlaşırlar
-
13:19
Bakıda ilk dəfə "Ironman 70.3" triatlon yarışı keçiriləcək
-
13:00
Breme "Yuventus"a qələbə qazandırdı VİDEO
-
12:34
Millimizin üzvü Macarıstanda növbəti oyuna çıxdı
-
12:12
"Beşiktaş" uduzdu VİDEO
-
11:57
“Neftçi” 300-ə çatdı
-
11:41
"Milan"dan səfər qələbəsi VİDEO
-
11:25
Elvin Bədəlov: “Qələbə seriyamızı Zirədə də davam etdirmək istəyirik”
-
11:08
"Nyukasl" - "Liverpul" matçında 4 qol VİDEO
-
10:56
39-cu qapıçı
-
10:43
"Mançester Siti"dən geridönüş VİDEO
-
10:29
"Neftçi"dən yubiley qələbəsi
-
10:14
Salahın dublu "Trabzonspor"a qələbə qazandırdı VİDEO
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Barselona" mövsümə darmadağınla başladı VİDEO
-
23:49
"Bu mövsüm də "Araz-Naxçıvan"ın məqsədi avrokuboklara vəsiqə qazanmaqdır"
-
23:31
"Neftçi"dən qol şousu VİDEO
-
23:07
Yuri Vernidubdan qələbə şərhi
-
22:56
“Turan Tovuz”dan haqlı etiraz: Qol VAR idimi? VİDEO
-
22:40
“Turan Tovuz” xal itirdi, “Neftçi”dən böyük hesablı qələbə
-
22:28
"Turan Tovuz" - "Şamaxı" matçında heç-heçə VİDEO
-
21:12
Berdiyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
-
20:55
Azər Bağırov: “Turan Tovuz”a qarşı səfərdə oynamaq çox çətindir”
-
20:09
Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
-
13:13
“Sabah” - “Hapoel” oyununun hakimləri müəyyənləşdi
-
12:51
"Napoli"dən səfər qələbəsi VİDEO
-
12:24
Cüdoçularımız Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
-
12:07
"Fənərbaxça" 3 xalı 4 qolla qazandı VİDEO
-
11:48
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:36
"İnter"dən mövsümə uğurlu start VİDEO
-
11:15
Eren Aydın: “Rəşad Sadıqovun inamını boşa çıxarmaq istəmirəm”
-
10:42
"Real" sonda sevindi VİDEO
24.08.2026
23.08.2026
























