21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

Tale Heydərov: “Sona qədər inanırdım ki, qol vuracağıq”

“Qəbələ”nin prezidenti Tale Heydərov “Dinamo” ilə oyundan Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Qəbələ” tarixində ilk dəfə avrokuboklarda mərhələ adladı. Görüşlə bağlı nə deyə bilərsiz?

- İlk dəfədir ki, mrəhələni keçdik. Çox çətin oyun oldu. Amma komanda sona qədər mübarizə apardı. Oyunçularımızla fəxr edirik. İnanırıq ki, bundan sonra daha yaxşı nəticəlrə əldə edəcəyik.

- Lazım olan qolun sona yaxın vurulması sizi həyəcanlandırdı?

- Təbii ki, hamımız həyəcanlı idik. Lakin sona qədər inanırdım ki, qol vuracağıq. Yekunda da lazım  olan qolu vurduq. Daha sonra komanda ikinci dəfə fərqləndi.

- Bundan sonra “Qəbələ”dən nə gözləmək olar?

- İndi növbəti mərhələyə hazırlaşacağıq. Çalışacağıq ki, ikinci mərhələdə də uğur qazanaq.

- Yeni transferin olması mümkündürmü?

- Hal-hazırda danışıq apardığımız oyunçular var. Məşqçinin dediyinə əsasən transfer çalışmalarımızı davam etdiririk. Yenə də heyəti gücləndirəcəyik.

- Demək olar ki, bu gün “Qəbələ”nin hücum xətti bir qədər zəif təsir bağışlayır?

- Müəyyən dərəcədə hücumda çatışmazlıqlar var. Ancaq zamanla hər şeyin yoluna düşəcəyinə, komandanın daha yaxşı oyun sərgiləyəcəyinə inanıram. 





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30