Ölkə futbolu
“Bu qələbə təkcə mənim yox, federasiyanın, məşqçilərin, texniki heyətin qələbəsidir”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Seçmə mərhələnin ilk oyununda qələbə qazandınız və bu münasibətlə sizi təbrik edirik. Təbii ki, hələ geniş təhlil üçün vaxtınız olmayıb. Amma ilkin təəssüratlarınızı bilmək istərdik.
- Təbrik üçün təşəkkür edirəm. Oyunun asan keçməyəcəyini bilirdik. Çünki Farer adalarının əsas millisi bir neçə gün əvvəl Avropa çempionatının seçmə mərhələsində Yunanıstan yığmasına qalib gəlmişdi. Təbii ki, bu qələbə ölkənin gənclər yığmasında böyük motivasiya yaratmışdı. Oyun da göstərdi ki, rəqibin istəyi böyük idi. Biz də oyuna yaxşı hazırlaşmışdıq, qələbə qazanmaq istəyirdik. Rəqibimiz fiziki və atletik cəhətdən çox hazırlıqlı komandadır. Futbolçularımız verilən tapşırıqları yerinə yetirməyə çalışdılar və qələbə qazandıq.
- Rəqibin oyunlarını izləyə bilməmişdiniz. Onlar meydanda sizi nə ilə təəccübləndirdilər?
- Farer adaları yığmasının ötənilki oyunlarını izləmişdik. Onların ən güclü tərəfi uzun ötürmələrdən yaxşı istifadə etməyi bacarmaları, təkbətək mübarizələrdən qalib ayrılmaları, topu ələ keçirən kimi sürətli hücumlar qurmalarıdır. Həm də oyundan öncə keçirilən məşq zamanı gördüm ki, onlar uzaq məsafədən qapıya zərbələrə üstünlük verirlər. Oyunda da həmin üsluba uyğun çıxı etdilər. Komandaya uzaqdan zərbələrlə bağlı diqqətli olmağı tapşırmışdım. Havann yağmurlu, meydanın və topun sürüşkən olması buna imkan yaradırdı.
- İyunun 1-dən təlim-məşq toplanışında oldunuz. Toplanış nə dərəcədə səmərəli oldu?
- Bir neçə futbolçumuz zədəli idi. Bununla belə, əsas millidən düşərgəmizə qoşulan futbolçuların gəlişinə qədər hansı taktiki sxem üzərində işləyirdiksə, sonrakı günlərdə də həmin gedişlər üzərində çalışdıq. Heç nəyi dəyişmədik. Uşaqlar da məşqdə nə etmişdiksə, onu meydanda tətbiq etməyə çalışdılar.
- U-21-in baş məşqçisi kimi ilk rəsmi oyunda qələbə qazandınız. Uğurun davamlı olması üçün ən çox nəyə ehtiyac duyulur?
- Bu qələbə təkcə mənim yox, bizə hazırlıq üçün yaxşı şərait yaradan federasiyanın, məşqçilərin, texniki heyətin qələbəsidir. U-21-ə baş məşqçi təyin edildikdən sonra qarşıma məqsəd qoymuşam ki, mübariz komanda formalaşdıraq və əsas milliyə layiqli futbolçular yetişdirək. Çünki U-21-dən sonra əsas milli gəlir.
- U-21-in heyətində əsas milliyə dəvət almaq baxımından perspektivli futbolçular varmı?
- Təbii ki, var. Bakıya döndükdən sonra əsas millinin baş məşqçisi Robert Prosineçki ilə söhbət edəcəyəm. Onsuz da onunla mütəmadi əlaqə saxlayır, fikir mübadiləsi aparırıq. Perspektiv vəd edən futbolçular meydanda əsas milliyə düşməyə layiq olduqlarını göstərməyə çalışırlar.
- Mübarizə apardığınız qrupda kifayət qədər güclü komandalar var. Qrupumuzdakı rəqiblərlə bağlı nə deyə bilərsiniz?
- Bəziləri düşünə bilər ki, Farer adaları yığmasını asanlıqla və böyük hesabla udmalı idik. Ancaq belə deyil. Bu gün bütün komandalar futbol oynamağı bacarır, mübarizə aparır. Elə qeydə alınan nəticələri xatırlayaq – Malta, Andorra kimi komandalar qələbə qazandı, San Marino heç-heçə etdi. Qrupumuzda Almaniya Avstriya, Rusiya, Filandiya kimi güclü rəqiblər yer alıb. Farer adaları yığması ilə qarşılaşma seçmə mrhələdə ilk oyunumuz idi. Mütləq qələbə qazanmalı olduğumuz üçün müəyyən psixoloji təzyiq də vardı. Əslində, komandaları zəif və ya güclü deyib, qruplara bölməməliyik. Hər bir komandaya qarşı mübarizə aparmalıyıq. Mübarizəsiz, istəksiz nəticə qazanmaq mümkün deyil.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























