2 Aprel 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Basketbol

Basketbol Liqası: "NTD-İndiqo" və "Xəzri"dən qələbə

Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.

Futbolxeber.az saytının məlumatına görə, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo" son zamanlar yüksəlişdə olan "Sərhədçi" klubu ilə üz-üzə gəlib.

Görüş birincilərin 84:74 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 11 asist), "Sərhədçi"dən Tarık Vudi (23 xal, 11 ribaund) olublar.

Günün ikinci oyunu "Sərhədçi" İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşan "Xırdalan" çempionatın lideri "Xəzri" ilə qarşılaşıb. Oyun "Xəzri"nin 108:82 hesablı rahat qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Zeyver Bryüer (28 xal, 6 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 11 ribaund) olublar.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30