24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Payde”nin kapitanı: “Zirə”ni məğlub edəcəyimizi bilirdik”

Estoniyanın "Payde" klubunun kapitanı Oskar Hoim UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri matçı şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, soccernet.ee nəşrinə açıqlamasında komandasının səbir göstərdiyini və böyük hesablı qələbə qazanmaq gücündə olduğunu bildirib.

"Rəqibi məğlub edə biləcəyimizi bilirdik. Səbirli oynadıq, müdafiədə yaxşı idik və anlayırdıq ki, qol imkanlarımız olacaq. Nəticədə bu fürsətdən yararlandıq. Hətta bir qoldan da artığını vura bilərdik. Hazırda çox sevinirik. Amma işimiz hələ bitməyib. Gələn həftə Azərbaycanda cavab oyunu var və eyni ruhda davam etməliyik", - deyə o vurğulayıb.

Kapitan "Zirə"nin qol vura bilməməsindən də məmnun qaldığını söyləyib: "Əlbəttə, çətin idi. Düşünürəm ki, hamı bizim necə mübarizə apardığımızı gördü. Qapımızı toxunulmaz saxlamaq istəyirdik və buna nail olduq. İndi isə yolumuza davam etməliyik".

Oskar Hoim cavab görüşündə də eyni oyunu göstərmələrinin vacibliyini qeyd edib: "Bu gün göstərdiyimiz futbolu davam etdirməliyik. İstəyirik, çalışırıq və yaxşı müdafiə olunuruq. Belə olsa, nəticə də gələcək".

Qeyd edək ki, "Zirə" ilə "Payde" arasında cavab görüşü iyulun 30-da Sumqayıtda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31