12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Xarici futbol

Ronaldo 964-ə çatdı, qolunu ərəb milli geyimində qeyd etdi

Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Əl-Hazem”lə oyunda (4:0) dubl edib.

Futbolxeber.az saytının məlumatına görə, vurduğu 2 qol sayəsində portuqaliyalı forvardın peşəkar karyerasında vurduğu qolların sayı 964-ə çatıb.

Ronaldo matçın 13-cü dəqiqəsində hesabı açıb, 79-cu dəqiqədə isə ikinci dəfə fərqlənib. Hər iki epizodda məhsuldar ötürməni Kinqsli Koman verib.

41 yaşlı hücumçunun bununla klub karyerasındakı qollarının sayı 822-yə çatıb. O, milli komanda heyətində isə 142 dəfə rəqib qapılarına yol tapıb.

Kriştiano Ronaldonun hədəfi peşəkar karyerasında 1000 qol vurmaqdır.

K.Ronaldo dünənki matçdakı qələbəni ərəb milli geyimində qeyd edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31