17 May 2026, Bazar günü
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
99 mükafat: 34 mövsüm, 21 komanda
Kaxaber Sxadadzedən qələbə şərhi
XXXII turun hakim təyinatları

Xarici futbol

DÇ-2026-nın 29-cu iştirakçısı müəyyənləşib

DÇ-2026-nın seçmə mərhələsinin dünən gecə keçirilən oyunlarından sonra daha bir komanda mundiala vəsiqəni təmin edib.

Futbolxeber.az saytının məlumatına görə, bu, Fransa yığmasıdır.

Didye Deşamın komandası 5-ci turda Ukraynanı 4:0 hesabı ilə darmadağın etməklə qrup birinciliyini təmin edib.

Fransa ardıcıl 8-ci dəfə mundialın final mərhələsində mübarizə aparacaq.

Fransa millisi DÇ-2026-da iştirak hüququna yiyələnən 29-cu komanda olub.

Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika,  Qətər,  İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar.

DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31