5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

70-dən çox idmançıdan UEFA-ya İsraillə bağlı çağırış

Dünyanın tanınmış futbolçuları da daxil olmaqla, 70-dən çox peşəkar idmançı Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) İsrailin yarışlardan kənarlaşdırılmasına çağırıb. Onlar bu addımı fələstinlilərin hüquqlarının pozulmasına etiraz olaraq atıblar.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Al Jazeera" açıqlama yayıb.

Bildirilib ki, “Sülh uğrunda idmançılar” adlı qrupun təşəbbüsü ilə UEFA prezidenti Aleksander Çeferinə məktub göndərilib. Məktub imzalayanlar arasında “Monako”nun yarımmüdafiəçisi Pol Poqba, “Vidad” klubunun futbolçusu Həkim Ziyeş və “Fulhem”də çıxış edən Adama Traore də var.

Məktubda Fələstin xalqına münasibətdə insanlığa qarşı cinayətlərin törədildiyi və bu kimi halların cəzasız qalmamalı olduğu bildirilib.

İdmançılar bu səbəbdən UEFA-nı İsrail Futbol Assosiasiyası ilə əlaqələri dayandırmağa çağırıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31