5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Xarici futbol

Dünya reytinqi: “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, cədvəldə 502 klub yer alıb. Onların arasında 3 Azərbaycan təmsilçisi var.

Klublarımızdan ilk 100-lüyə düşən yalnız "Qarabağ"dır. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyib. "Qarabağ" 82-ci pillədən 65-ci yerə qalxıb.

"Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.

Siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31