28 Aprel 2026, Çərşənbə axşamı
"Sumqayıt"ın yubiley qələbəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”

Xarici futbol

Rüfət oynadı, komandası “Hayduk”u məğlub etdi

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Hayduk”u qəbul edib.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu fasilədə əvəzlənib.

Matç “Varazdin”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”su və ikinci pillədə qərarlaşan “Hayduk”dan 4 xal geri qalır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30