9 Mart 2026, Bazar ertəsi
Qurban Qurbanovdan qələbə şərhi
Demçenko: “Futbolçular cərimələnəcək”
"Neftçi"də yeni təyinat reallaşıb
"Qarabağ"dan böyük hesablı qələbə

Xarici futbol

Azarkeşlər braziliyalı futbolçunu döyüblər

“Korintians”ın yarımmüdafiəçisi Luan azarkeşlər tərəfindən döyülüb.

Futbolxeber.az saytının ESPN-ə istinadən verdiyi məlumata görə, insident San-Pauludakı motellərdən birində baş verib. Futbolçudan başqa, hadisə yerində daha 10 nəfər olub.

Hələlik futbolçuya hücumun səbəbləri məlum deyil. Hazırda hüquq-mühafizə orqanları insidenti araşdırırlar. Hadisənin görüntüləri polislər tərəfindən incələnir.

İlkin məlumatlara görə, futbolçuya hücum edənlər 6 nəfər olub. Onlardan biri “Korintians”ın azarkeş qrupunun rəhbəri Danilo Oliveyra olub. Dava-dalaş zamanı o və dostları futbolçudan klubu tərk etməsini istəyiblər.

Bildirilir ki, futbolçu polisə şikayət ərizəsi ilə müraciət etməyib. “Korintians” isə yaydığı açıqlamada futbolçuya lazımi köməyin göstəriləcəyini bəyan edib. Eləcə də fanatların hərəkəti tənqid edilib.

Qeyd edək ki, Luan 2020-ci ildən “Korintians”da çıxış edir. “Qremio”dan 5 milyon avroya transfer olunan 30 yaşlı futbolçu hazırkı klubunda keçirdiyi 78 matçda 9 qol vurub, 5 məhsuldar ötürmə verib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31