25 Oktyabr 2025, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də

Xarici futbol

Obi Mikel Potterin qovulması barədə: “Ona kifayət qədər vaxt verilmişdi”

“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel baş məşqçi Qrem Potterin London klubundan qovulmasını şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, ingilis mütəxəssisin vəzifəsindən uzaqlaşdırılmasının düzgün qərar olduğunu bildirib:

“Məncə, Potterə kifayət qədər vaxt verildi.  Hazırda “Çelsi” turnir cədvəlində 11-ci yerdədi. Bu halda uğurlu nəticədən danışmaq yersiz olar. Bilirəm ki, Potter bəzi futbolçularla danışmırdı. Komanda qura bilmirsənsə, uğurlu nəticə qazanmaq çətindi. Bəzən adama elə gəlirdi ki, o, ümumiyyətlə nə etməli olduğunu bilmir. Mən futbolçularını daim motivasiya edən məşqçiləri bəyənirəm. Amma Potterdə biz bunu görmürdük”.

Qeyd edək ki, “Çelsi” aprelində 2-də Qrem Potterlə yollarını ayırıb. Komanda müvəqqəti olaraq Frenk Lemparda tapşırılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31