10 Mart 2026, Çərşənbə axşamı
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”

Xarici futbol

Salahdan qələbə şərhi: “Bu, hələ başlanğıcdı”

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 23-cü turunda “Everton” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, misirli futbolçu komandasının derbidə inamlı təsir bağışladığını bildirib:

“Bizim üçün vacib qələbə idi. Düşünürəm ki, həftə ərzində çox yaxşı hazırlıq keçdik. Nəticəsini də meydanda gördük. Ümid edirəm ki, bu, hələ başlanğıcdı. Cordan Henderson və Ceyms Milner deyirdilər ki, biz öz futbolumuzu sərgiləməliyik. Çox yaxşı oynadıq. Məncə, əvvəlki “Liverpul”u xatırlatdıq”.

Qeyd edək ki, Liverpul derbisindəki qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Qırmızılar” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31