29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Digər idman növləri

Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə yelkən üzrə açıq Azərbaycan çempionatı start götürüb.

Futbolxeber.az saytına ASİNF-dən verilən məlumata görə, yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində keçirilən çempionatın açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ardınca yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar haqqında məlumat verilib. Rəsmi hissədən sonra yarışlar başlayıb.

Qeyd edək ki, açıq ölkə çempionatında Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərdən ibarət heyət Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparır. Yarış sentyabrın 14-nə qədər davam edəcək. Mükafatlandırma mərasimi son gündə baş tutacaq.

Qaliblər diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31