10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

"Baku Media Center" tərəfindən ərsəyə gətirilən videoçarxda Azərbaycan cüdosunun müxtəlif nəsillərini təmsil edən tanınmış idmançılar yer alıblar.

Çəkilişlərdə Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, həmçinin Avropa çempionatının gümüş mükafatçısı və "Böyük Dəbilqə" turnirlərinin altıqat qalibi Balabəy Ağayev iştirak ediblər.

Videoçarxda cüdonun özünəməxsus xarakteri və Azərbaycan cüdosunda nəsildən-nəslə ötürülən ənənələr vizual hekayə vasitəsilə əks etdirilib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31