10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarov qalib gəlib

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, bu raundda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəyə qalib gəlib.

Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.

Bu gün1/4 final mərhələsinin ikinci partiyaları oynanılacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31