5 Iyun 2026, Cümə
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Digər idman növləri

Azərbaycan millisi EEVZA çempionatında pley-offa yüksəlib

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-offa yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, komanda Latviyanın Cesis şəhərindəki yarışda pley-offa vəsiqə qazanıb. İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edib.

Təmsilçilərimiz pley-offda Litva komandası ilə qarşılaşacaq.

Qızlardan ibarət U-18 yığması qrup mərhələsində mübarizəni dayandırıb.

Yarışda Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna milliləri mübarizə aparır.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30