26 Mart 2026, Cümə axşamı
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Digər idman növləri

"Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır"

Xəbər verdiyimiz kimi, bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.

 
Futbolxeber.az saytının məlumatına görə, komandamız B qrupunda Kosovo və San Marino ilə qarşılaşacaq. Oyunlar yanvarın 21-dən 26-dək San Marinoda təşkil olunacaq. 
 
Püşkatma ilə bağlı komandamızın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib:
 
“Rəqibimiz məlumdur. Bu gün asan rəqib yoxdur. Kosovo komandasını xüsusilə fərqləndirərdim. Onlar sürətlə inkişaf edirlər. Digər milliləri də unutmaq olmaz. Amma San Marino ilə müqayisədə bu komandanın güclü olduğunu deyə bilərəm. Biz də çempionata uğur qazanmaq üçün qatılırıq. Kimin güclü olmasından asılı olmayaraq, istəyimiz mərhələ adlamaqdır. Mümkün qədər yaxşı hazırlıq keçməyə çalışırıq.
 
Yaşla əlaqədar heyətimiz demək olar, yenilənib. Amma Yüksək Liqanın oyunlarının başlamağı xeyrimizədir. Uşaqlar oyun təcrübəsi qazanırlar”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31