5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Digər idman növləri

Paris-2024: Azərbaycan medal sıralamasında 22-cidir

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.
 
Futbolxeber.az saytının məlumatıan görə, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.
 
Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.
 
İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.
 
Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.
 
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31