25 Iyun 2025, Çərşənbə
Millimizdə yeni baş məşqçi təyinatı
“Sumqayıt”da ayrılıq - Xaçayev getdi
"Neftçi" Ervin Koffi ilə də vidalaşdı
“İmişli”də portuqaliyalı baş məşqçi

Digər idman növləri

Salman Süleymanovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə ölkəmizdə şahmatın inkişafında böyük xidmətləri olan Əməkdar məşqçi Salman Süleymanovun xatirə turniri keçirilib.
 
Futbolxeber.az saytına AŞF-nin mətbuat xidmətindən bildiriblər ki, “Sabah” Şahmat Akademiyasında sürətli şahmat üzrə təşkil olunan yarışda yeniyetmələr, o cümlədən Avropa, dünya çempionları, Azərbaycan çempionatının medalçıları və qalibləri mübarizə aparıblar.
 
Turnirin açılış mərasimində AŞF-nin Uşaq və Gənclər Komissiyasının sədri, qrossmeyster, Əməkdar məşqçi Fərid Abbasov və AŞF-nin İcraiyyə Komitəsinin üzvi, qrossmeyster, Əməkdar məşqçi Cahangir Ağarəhimov çıxış edərək yeni şahmat nəslinin inkişafında Salman Süleymanovun rolundan danışıblar.
 
İlk dəfə keçirilən turnirdə Abdulla Qədimbəyli rapid yarışında bütün rəqiblərini qabaqlayıb. Blits üzrə mübarizədə İslam Hacıəliyev qələbə qazanıb. Qadınlar arasında rapid mübarizəsində ən yaxşı nəticəni Ayan Allahverdiyeva göstərib. Blits üzrə isə Nurtan Nuriyeva qalib adını qazanıb.
 
Turnirdə fərqlənənlərə pul mükafatları verilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30