28 Avqust 2026, Cümə
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu
“Qarabağ”dan ardıcıl iki transfer

Digər idman növləri

2030-cu və 2034-cü il Qış Olimpiya Oyunlarının ev sahibləri müəyyənləşdi

2030-cu il və 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib.
 
Qurumun 142 sessiyasında verilən qərara əsasən, 2030-cu ildəki turnir Fransa Alplarında keçiriləcək. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.
 
2034-cü ildəki turnir isə ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində keçiriləcək. 2002-ci ildə də Qış Olimpiya Oyunları Solt-Leyk-Sitidə təşkil olunub.
 
Qeyd edək ki, Fransa Paris-2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edir. ABŞ isə Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının ev sahibidir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31