Digər idman növləri
Şahmat Federasiyası milli komandanın formalaşdırılması üçün əsas şərtləri açıqlayıb
Azərbaycan Şahmat Federasiyası (AŞF) Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək milli komandaların formalaşdırılması üçün şərtləri açıqlayıb.
Futbolxeber.az saytına barədə AŞF-nin mətbuat xidmətindən bildirilib.
"Sentyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan həm kişi, həm də qadınlardan ibarət komandalarla təmsil olunacaq. Ümumdünya Şahmat Olimpiadası şahmat dünyasının ən nüfuzlu yarışlarından sayılır və mötəbər yarışda iştirak edəcək komandanın formalaşmasında bir sıra kriteriyalar nəzərdən keçirilir. Azərbaycan Şahmat Federasiyası hər bir şahmatçının yarışlarda iştirakını diqqətdə saxlayır, lazım olan köməkliyi əsirgəmir. İlbəil Azərbaycan çempionatının mükafat fondunu artırmaqla milliyə namizədlərin hamısının yarışda iştirakını təmin etməyə çalışır.
Milli komandanın heyəti şahmatçıların cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan – Azərbaycan çempionatında iştirakı, şahmatçının oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür. Milliyə dəvət alan şahmatçı komandadaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdı. Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır. Milli komandaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləriylə müzakirə edilir və yekun qərar qəbul olunur.
Cari il kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar.
Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalarda müvafiq olaraq Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləriylə yanaşı ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Zirədə dramatik oyun
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
10:30
Riad Rəfiyev: “Baş hakimin bir qərarı bütün oyunu alt-üst etdi”
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Bavariya”dan gözlənilməz xal itkisi VİDEO
-
09:41
Ronaldo 986-cı qolunu vurdu
-
09:23
Zamiq oynadı, komandası məğlub oldu
-
09:00
“Şamaxı” “Turan Tovuz”a, “Qəbələ” autsayderə qarşı
-
08:39
Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
-
22:35
Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
-
19:47
Yevlaxda 4 qol vuruldu VİDEO
-
19:00
U-20 millimiz İraqa qalib gəldi
-
18:24
Sumqayıtda heyətlər müəyyənləşdi
-
17:51
Rəşad Sadıqov: “Emosiyalara qapılmaq vaxtı deyil”
-
17:33
I Liqada mərkəzi oyunda qalib müəyyənləşmədi
-
17:08
İlham Zəkiyev Misirdə Qran-pridə iştirak edəcək
-
16:45
Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
-
16:12
Kurtua “Real”la yeni müqavilə imzaladı
-
15:26
Üç şahmatçımız Qazaxıstanda yarışacaq
-
14:59
Basketbol millimiz Serbiyada təlim-məşq toplanışı keçir
-
14:00
Qazaxda İdman Festivalı keçirilir
-
13:37
Güləş millimiz Gürcüstanda çempion olub
-
13:14
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
12:41
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
-
12:25
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
-
11:52
Vernidubla “Neftçi” Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib FOTOLENT
-
10:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazanıb
-
09:47
XII turun hakim təyinatları
-
09:24
Xankəndidə vurulan qollar VİDEO
-
09:00
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
21.11.2026
20.11.2026
19.11.2026
























