17 Dekabr 2025, Çərşənbə
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Digər idman növləri

Anand Karlseni yenə məğlub edə bilmədi

Hindistanlı Vişvanatan Anand və norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionluğu uğrunda matçda 7-ci partiyadan heç-heçə ilə ayrılıb. Lent. az-ın məlumatına görə, görüş 32-ci gedişdə başa çatıb - 0,5:0,5. 7 partiyadan sonra Karlsen liderliyini davam etdirir - 4,5:2,5. Əvvəlki 2 partiya norveçli qrossmeysterin xeyrinə yekunlaşıb. İlk 4 partiyada isə heç-heçə qeydə alınıb. Növbəti görüş noyabrın 19-da olacaq. Ağ fiqurlarla 22 yaşlı Karlsen oynayacaq. Ümumilikdə 12 partiyanın keçirilməsi planlaşdırılır. Yekunda hesab bərabər olsa, reqlamentdə “tay-breyk” nəzərdə tutulub.
Qeyd edək ki, Vişvanatan Anand 2007-ci ildən dünya çempionu adını daşıyır. Şahmat tacı uğrunda hazırkı matç 43 yaşlı qrossmeysterin doğma şəhəri Çennayda keçirilir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31