22 Avqust 2026, Şənbə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Digər idman növləri

“Pekin-Paris” ralli iştirakçıları Şamaxıdan yürüşə davam ediblər

“Pekin-Paris” avtorallisinin iştirakçısı olan unikal retro avtomobillər bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında bir araya gəlib.
 
Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Azərbaycan ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir.
 
Avtomobillər daha sonra Şamaxıya yola düşüblər.
 
Buradakı nümayiş zamanı avtomobillər həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.
 
Avtomobillər Şamaxıdan Gürcüstan üzərindən marşruta davam edəcəklər.
 
Qeyd edək ki, “Pekin-Paris” 1907-ci ildə yaradılan və tarixi marşrutlardan biridir. Bu ralli keçmiş mexanika avtomobillərinə hörmət, eyni zamanda onların dözümlülük testidir. Ralli 14 000 km məsafəni əhatə edir.
 
Pekində start götürən ralli iyunun 23-də Parisdə başa çatacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31